Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İncəsənət Məktəbində Şuşaya aid fotosərgi açılıb – Fotolar

“Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icra mərhələsinə başlanılıb.

Poliqon xəbər verir ki, layihədə ilk olaraq Azərbaycan İncəsənət Məktəbinin təşkilatı dəstəyi ilə 4 günlük fotosərgi açılıb. Sərgilər Şuşa şəhərinin2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”seçilməsi ilə əlaqədar təşkil edilir.

Sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunur. Layihədə məqsəd Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.

Növbəti mərhələdə Azərbaycanın Balakən rayonunda, Gürcüstanın Tbilisi şəhərində, Bolnisi və Marneuli rayonlarında, Türkiyənin İstanbulvə Antalya şəhərindəolmaqla, ümumilikdə 11 günlük fotosərgilərin təşkili nəzərdə tutulur.

Sərgilənən fotolar arasında fotolar arasında Üzeyir Hacıbəyli, qardaşı Ceyhun Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Seyid Şuşinski, Niyazi, Məşədi Cəmil Əmirov, Fikrət Əmirov, Cabbar Qrayağdıoğlu, tərzan Sadıqcan, Soltan Hacıbəyov, Süleyman Ələsgərov kimi Şuşa musiqiçilərinin, Şuşa şəhərini əks etdirən görüntülərin fotoları yer alır.

Sərgini ziyarət edənlərə Şuşanın fotoları əks olunan açıqcalar paylanılır, fotolar vasitəsilə gənclər və digər qonaqlar arasında Şuşa musiqiçiləri və mədəni irsi haqqında məlumatlılıq artırılması hədəflənir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar