Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: Ukrayna Rusiyanı ciddi itkilərə məruz qoyur    

Ukrayna Rusiyanı ciddi itkilərə məruz qoyur...

“Report” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Almaniyada Ukraynaya dəstək məqsədilə keçirilən Ramştayn formatlı iclasda çıxışı zamanı deyib.

O xatırladıb ki, Ukrayna iki ildən artıqdır Rusiyaya qarşı mübarizə aparır: “Rusiyanın imperialist ambisiyaları ona baha başa gəlib. 2022-ci ilin fevralından bəri ən azı 315 min rus əsgəri həlak olub və ya yaralanıb”.

L.Ostin bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə qoşunların təchiz edilməsi, hərbi texnikanın yerləşdirilməsi və saxlanmasına 211 milyard dollara qədər vəsait xərcləyib: “Ukraynalı müdafiəçilər Kremlin hərbi imkanlarını sarsıtmaqda davam edirlər. Ukrayna Rusiyanın 20-yə yaxın orta və böyük dəniz gəmisini məhv edib və ya zədələyib. Ukrayna həmçinin Rusiya hərbi təyyarələrini vurmağa davam edir”.

Qeyd edək ki, Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın döyüşlərdəki itkiləri təxminən 431 min 550 nəfərdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar