Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

III Çarlz dövlət işlərini xəstəxanadan aparacaq

Britaniya Kralı III Çarlz xərçəng müalicəsi zamanı Baş nazir Rişi Sunak ilə həftəlik görüşməyə davam edəcək...

Bukingem sarayından verilən məlumata görə, həkimlərin müalicə zamanı dövlət işlərindən çəkinmək tövsiyələrinə baxmayaraq, kral dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək. Onun vəzifələrindən biri parlamentin qəbul etdiyi qanunları imzalamaqdır. Hər səhər III Çarlz qırmızı portfeldə imzası tələb olunan sənədləri alır.

Kral Bukingem sarayında baş nazirlə görüşərək mühüm hadisələri müzakirə edəcək. Monarx siyasətə münasibətdə neytral qalmalı olsa da, baş nazirə məsləhət vermək və Nazirlər Kabinetinin qərarları ilə razılaşmadığını bildirmək hüququna malikdir. Görüşlər ciddi məxfilik şəraitində keçirilir və onların məzmunu qeydə alınmır.

Kraliça Kamilla ərinin müalicəsi zamanı ictimai tədbirlərdə iştirak proqramını dəyişməyi planlaşdırmır. Həyat yoldaşının əməliyyatından sonra iş qrafikini müvəqqəti düzəldən Uels şahzadəsi Uilyamın atasının xəstəliyi səbəbindən rəsmi vəzifələrinə qayıdacağı gözlənilir.
Şahzadə Harri ABŞ-dən Böyük Britaniyaya uçmaq və atası Kral III Çarlzı ziyarət etmək niyyətindədir.(oxu.az)

Poliqon.info


Etiket: III Çarlz


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay