Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Azərbaycan xarici təhdidlərə qarşı ordularını birləşdirir?..

Hulusi Akar Azərbaycanla Türkiyə arasında vahid ordunun qurulacağının anonsunu verib...

Hərbi-ekspert: “Türkiyə ilə Azərbaycan öz hərbi potensiallarını Vətən müharibəsi başa çatandan dərhal sonra birləşdirib”.

“İndi həm regionda, həm də regiondan kənarda, xüsusilə Yaxın Şərqdə, Fars körfəzində, Ukraynada baş verən proseslər Azərbaycanla Türkiyənin potensiallarını birləşdirməyə, gələcəkdə isə Türk Dövlətləri Təşkilatının daha geniş imkanlar əldə etməsi üçün addımlar atmasına zərurət yaradır. Artıq bu addımlar atılıb”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Türkiyənin sabiq müdafiə naziri Hulusi Akarın Bakıya səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akarın Bakıya səfəri Azərbaycanda ciddi müzakirə edilir. Sabiq nazir ARB24-ün efirində Azərbaycanla Türkiyə arasında vahid ordunun qurulacağının anonsunu verdi və bildirdi ki, bu, başqa dövlətlərə təhdid kimi qiymətləndirilməməlidir.

Bəs, Akarın açıqlamalarına görə deyə bilərikmi, Türkiyə və Azərbaycan xarici təhdidlərin qarşısını almağın yolunu orduların birləşdirilməsində, vahid hərbi gücə çevrilməkdə görürlər?

Azərbaycan və Türkiyənin hərbi potensialını Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Son günlərdə həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə geniş tərkibli hərbi nümayəndələrin səfərləri baş tutur”.

Azərbaycanın Türkiyə ilə əlaqələrinin bundan sonra da yüksələn dinamika ilə inkişaf edəcəyini proqnoz edən ekspert Poliqon-a bildirib ki, bu proseslər digər türk dövlətləri üçün də bir nümunə olacaq:

“Türkiyə ilə Azərbaycan öz hərbi potensiallarını Vətən müharibəsi başa çatandan dərhal sonra birləşdirib. Bu da Şuşa bəyannaməsində geniş şəkildə öz əksini tapıb.

Diqqət etsək görərik ki, son günlərdə həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə geniş tərkibli hərbi nümayəndələrin səfərləri baş tutur. Bu səfərlər zamanı həm regionda, həm də regiondan kənarda baş verən təhdidlərə qarşı Türkiyə ilə Azərbaycanın müzakirələr apardığı qeyd edilir.

İndi həm regionda, həm də regiondan kənarda, xüsusilə Yaxın Şərqdə, Fars körfəzində, Ukraynada baş verən proseslər Azərbaycanla Türkiyənin potensiallarını birləşdirməyə, gələcəkdə isə Türk Dövlətləri Təşkilatının daha geniş imkanlar əldə etməsi üçün addımlar atmasına zərurət yaradır. Artıq bu addımlar atılıb. Hesab edirəm ki, Azərbaycanın Türkiyə ilə əlaqələri bundan sonra da yüksələn dinamika ilə inkişaf edəcək. Bu proseslər də digər türk dövlətləri üçün də bir nümunə olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar