Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri azad edilib - Video

Ermənistanın əsir saxladığı iki hərbçimiz Azərbaycana təhvil verilib...

APA-nın Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən azad olunaraq Azərbaycana qaytarılıb.

Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Əsirlikdən azad edilən Hüseyn Axundov səhhətinin yaxşı olduğunu bildirib: “Sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”.

O qeyd edib ki, çox xoşbəxtdir.

Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar