Türkiyə höküməti İsrailin nüvə silahına sahib olması ilə bağlı beynəlxalq araşdırmas başladılmasını tələb edir...
Azər Qasımov: “İsrailin rəsmi şəkildə bu silaha sahib olması faktını təsdiqlənməsini kimsənin gözləməsi sadəlövhlük olardı”.
“İndi Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması zamanı bunun rəsmi şəkildə təsdiq edilməsini tələb etmək hesab edirəm ki, siyasi gedişdir”.
Bu sözləri politoloq Azər Qasımov İsrailin nüvə silahına sahib olmasının bölgə dövlətlərinə təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.
Türkiyə höküməti İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada nüvə silahı tətbiq etmək təhdidindən sonra İsrailin nüvə silahına sahib olması ilə bağlı beynəlxalq araşdırmas başladılmasını tələb edir. Ərdoğan hesab edir ki, nüvə silahının yayılmaması ilə bağlı sazişə qoşulmayan İsrailin nüvə silahına sahib olması region üçün böyük təhlükədir.
İsrailin nüvə silahına sahib olması rəsmi şəkildə təsdiqlənərsə, bu bölgə ölklərinin, İran başda olmaqla Səudiyyə Ərəbistanının, Türkiyənin nüvə silahı yarışına girməsi üçün səbəb ola bilərmi? Digər tərəfdən, bu halda İranın nüvə silahını əldə etməsi qanuniləşə bilərmi?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Əslində aydındır ki, nüvə silahı İsraildə varsa belə, bu, ABŞ tərəfindən İsrailə verilib və onun istifadə edilməsi də ABŞ-ın nəzarətindədir”.
İsrailin nüvə silahına sahib olmasının bu günə kimi ərəb ölkələri üçün çəkindirici faktor olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bəlkə də, ərəb ölkələrinin əksəriyyətinin İsraillə sülh bağlamasına bu amil səbəb olub:
“İsrailin nüvə silahına sahib olması faktı məlum fakt olsa da, rəsmi olmayıb. Amma bütün region ölkələri İsrailin nüvə silahına sahib olmasından xəbərdar olub. İndi Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması zamanı bunun rəsmi şəkildə təsdiq edilməsini tələb etmək hesab edirəm ki, siyasi gedişdir.
Məsələ ondadır ki, İran, Türkiyə də nüvə dövləti olmaq üçün rəsmi olmasa da, qeyri-rəsmi fəaliyyət yürüdürlər. İranın bu istiqamətdə fəaliyyəti isə uzun zamandır qarşıdurma mövzusudur. Belə bir durumda İsrailin nüvə silahına sahib olmasının rəsmi təsdiqinin istənilməsi həmin ölkələrin də nüvə silahına sahib olması üçün səbəb axtarmaqdır. Eyni zamanda İsrailin həqiqətən bu silaha sahib olmasını müəyyənləşdirmək üçündür. Bu, hər bir dövlət üçün öz siyasətini formalaşdırmaqda vacib amildir.
Azər Qasımov: “İsrailin təkbaşına nüvə silahından istifadə hüququnun ABŞ-sız mümkün olması gerçəyi böyük ehtimalla yoxdur”.
İsrailin nüvə silahına sahib olması bu günə kimi ərəb ölkələri üçün çəkindirici faktor olub. Bəlkə də, ərəb ölkələrinin əksəriyyətinin İsraillə sülh bağlamasına bu amil səbəb olub. Təbii ki, İsrailin rəsmi şəkildə bu silaha sahib olması faktını təsdiqlənməsini kimsənin gözləməsi sadəlövhlük olardı.
Əslində aydındır ki, nüvə silahı İsraildə varsa belə, bu, ABŞ tərəfindən İsrailə verilib və onun istifadə edilməsi də ABŞ-ın nəzarətindədir. İsrailin təkbaşına nüvə silahından istifadə hüququnun ABŞ-sız mümkün olması gerçəyi böyük ehtimalla yoxdur. Onların istifadə kodları ABŞ-sız işə düşməz. Bir ehtimal kimi olsa belə, İsrail nüvə silahı işlətmək üçün ABŞ-la məsləhətləşmə aparmamış ondan istifadə etməz. Şəxsən fikirləşirəm ki, bu nüvə silahı əgər İsraildə mövcuddursa, bu, ABŞ-ın nəzarətindədir, sadəcə ətraf ölkələri çəkindirmək üçün İsrailin sahib olduğu şaiyələri yayılır”.
Nərminə UMUDLU
Poliqon.info