Cümə axşamı, 30 Noyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Maliyyə Nazirliyi bütün büdcə ayırmalarını bloklayıb

Almaniya Maliyyə Nazirliyi ölkənin konstitusiya məhkəməsinin köhnə tələb olunmamış kredit vəsaitlərinin yenidən bölüşdürülməsinin qeyri-qanuniliyilə bağlı qərarı ilə tanış olmaqq üçün demək olar bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Spiegel jurnalı Maliyyə Nazirliyinin ölkənin bütün idarələrinə göndərilmiş məxfi sənədinə istinadən məlumat yayıb.

Limitlərin dondurulması demək olar ki, bütün nazirliklərin büdcəsinə təsir edəcək. Gələcəkdə büdcəyə lazımsız yük düşməməsi üçün əlavə ödənişlər yalnız müstəsna hallarda və ancaq Federal Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mümkün olacaq.

Bu cür tədbirlər, xüsusən də enerji qiymətlərini sabit saxlamaq üçün hökumətin səylərinin maliyyələşdirilməsinə təsir göstərəcək. Qeyd olunur ki, məhdudiyyətlər Bundestaq, Bundesrat və Federal Konstitusiya Məhkəməsi kimi konstitusiya qurumlarına şamil edilməyəcək.

Bundan əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner bildirmişdi ki, hökumət iqtisadiyyatın və infrastrukturun modernləşdirilməsini maliyyələşdirmək üçün başqa vasitələr tapmalı olacaq. Almaniya Konstitusiya Məhkəməsi isə Nazirlər Kabinetinə anti-Covid fondundan köçürülən 60 milyard avronu ətraf mühit layihələrinə xərcləməyi qadağan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildi

Şahruddindən Şeydayevin döyülməsinə zarafatyana reaksiya - Foto, Video

Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş - Yenilənib + Foto

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir?

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Yeni qadağalar gəlir

Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - Təfərrüat - Video

Bakıda yaşayış binası acınacaqlı vəziyyətdədir - Fotolar

Murtuza Muxtarov: Həyat yoldaşı üçün saray tikdirdi, Stalin və dəstəsi sərvətini ələ keçirməyə çalışdı - Video

"Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

Bakıda təhlükə: Yaşayış binasına mərtəbələr artırılır - Foto

Ən çox oxunanalar