Avropa İttifaqının diplomatiya rəhbəri Cosep Borrell deyib ki, “müharibənin öz qaydaları var” və İsrail onları, eləcə də Qəzza zolağının bombalanması nəticəsində yaranan itkiləri nəzərə almalıdır...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Borrelin sözlərinə görə, Fələstinin HƏMAS hərəkatının İsrailə etdikləri mülki şəxslərə qarşı dəhşətli və əsassız hücumdur, lakin Borrel vurğulayıb ki, müharibənin öz qaydaları var və İsrail bu qaydalara əməl etməlidir.
“İsrail bombardmanların səbəb olduğu itkiləri nəzərə almalıdır” deyə Avropa İttifaqının rəsmisi bildirib.
Poliqon.info