Cümə axşamı, 30 Noyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan və komandası dünya çapında “Sülh qovşağı” adlandırdığı layihənin reklamı ilə məşğuldur...

Paşinyan və komandasının “Sülh qovşağı” adlandırdıqları layihənin, təkcə Qərb dövlətləri ilə razılaşdırmaqla həyata keçməsi mümkündürmü?..

Politoloq: “Bu gün Paşinyan və onun komandasının dünya ictimaiyyətinə təqdim etməyə çalışdığı “Sülh qovşağı” layihəsi öz-özlüyündə bir fiaskodur və original bir layihə də deyil”.

“Özlüyündə hansısa bir ideyanı əks etdirməyən layihələr fiaskoya məhkumdur”.

Bu sözləri politoloq Tural İsmayılov Paşinyanın təqdim etdiyi “Sülh qovşağı” layihəsini Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Paşinyan və komandası dünya çapında “Sülh qovşağı” adlandırdığı layihənin reklamı ilə məşğuldur. Bu layihəyə görə şimaldan cənuba, şərqdən qərbə və əks istiqamətdə bütün tranzit yolları Ermənistandan keçir. Paşinyan təkcə Azərbaycanla sərhəddə 5 nəzarət buraxılış məntəqəsi açmağı planlaşdırır.

Təkcə Qərb dövlətləri ilə razılaşdırmaqla Paşinyan bu layihələri həyata keçirməsi mümkündürmü və təqdim olunanan bu layihə nə qədər realist düşüncəni özündə birləşdirir?

Paşinyanın yeni sülh müqaviləsi qaçışını Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Bu lahiyənin Azərbaycanın təklif etdiyi regional komunikasiya layihələrindən oğurlanmış ideyalarla zəngiləşdiyini görməməyin özü absurd olardı”.

Paşinyanın təqdim etdiyi layihənin özlüyündə reallığı əks etdirmədiyini və rentabelli olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, təqdim edilən layihədə Azərbaycanla delimitasiya və demarkasiyası, eləcə də digər məsələlər öz əksini tapmır:

“Bu gün Paşinyan və onun komandasının dünya ictimaiyyətinə təqdim etməyə çalışdığı “Sülh qovşağı” layihəsi öz-özlüyündə bir fiaskodur və original bir layihə deyil. Bu lahiyənin Azərbaycanın təklif etdiyi regional komunikasiya layihələrindən oğurlanmış ideyalarla zəngiləşdiyini görməməyin özü absurd olardı.

Birincisi nəzərə almaq lazımdır ki, Azərbaycan onsuz da Ermənistanın da iştirak etməli olduğu 3+2 layihəsini müdafiə edir və bu layihənin əsas ideya müəlliflərindəndir. Digər bir tərəfdən isə təkcə bu faktı istisna etməliyik ki, bu gün Ermənistanın özünün aqressiv siyasəti, həmçinin Zəngəzur dəhlizində rusların olması ilə bağlı 10 noyabr bəyanatının müddəalarından yayınmağı, Azərbaycan Ermənistanın da iştirak etdiyi regional komunikasiya və tranzit layihələrinin həyata keçməyini əngəlləyir.

Tural İsmayılov: “Bu gün Ermənistanın dövlət olaraq iqtisadi baxımından daha da inkişafı yalnız 3+2 platforması səviyyəsində mümkündür”.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Paşinyanın təqdim etdiyi layihə özlüyündə reallığı əks etdirmir və rentabelli deyil. Çünki təqdim edilən layihədə Azərbaycanla delimitasiya və demarkasiyası, eləcə də digər məsələlər öz əksini tapmır. Sərhədlərin delimitasiyası mümkün olmayacağı təqdirdə Ermənistanla hansısa regional sülh qovşaqlarında iştirak etmək mümkünsüz olardı.

Bir daha qeyd edin ki, özlüyündə hansısa bir ideyanı əks etdirməyən layihələr fiaskoya məhkumdur. Buna görə də, Paşinyanın bu təqdimatı özündə əsla reallığı əks etdirmir. Bu gün Ermənistanın dövlət olaraq iqtisadi baxımından daha da inkişafı yalnız 3+2 platforması səviyyəsində mümkündür. Eyni zamanda Zəngəzur dəhlizinin açılması labüddür. Bunlar olmayacağı Ermənistanın düşdüyü dalan vəziyyəti daha da dərinləşəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildi

Şahruddindən Şeydayevin döyülməsinə zarafatyana reaksiya - Foto, Video

Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş - Yenilənib + Foto

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir?

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Yeni qadağalar gəlir

Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - Təfərrüat - Video

Bakıda yaşayış binası acınacaqlı vəziyyətdədir - Fotolar

Murtuza Muxtarov: Həyat yoldaşı üçün saray tikdirdi, Stalin və dəstəsi sərvətini ələ keçirməyə çalışdı - Video

"Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

Bakıda təhlükə: Yaşayış binasına mərtəbələr artırılır - Foto

Ən çox oxunanalar