Cümə axşamı, 30 Noyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda 25 yaşlı gənci qətlə yetirib, meyiti yandıran şəxs çoban olub - Təfərrüat, Yenilənib

Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatı məlum olub...

"Report”un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, “Ağ dağ” deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisənin Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Tovuzda 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Noyabrın 18-i gecə saatların rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info


Etiket: Tovuz qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildi

Şahruddindən Şeydayevin döyülməsinə zarafatyana reaksiya - Foto, Video

Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş - Yenilənib + Foto

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir?

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Yeni qadağalar gəlir

Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - Təfərrüat - Video

Bakıda yaşayış binası acınacaqlı vəziyyətdədir - Fotolar

Murtuza Muxtarov: Həyat yoldaşı üçün saray tikdirdi, Stalin və dəstəsi sərvətini ələ keçirməyə çalışdı - Video

"Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

Bakıda təhlükə: Yaşayış binasına mərtəbələr artırılır - Foto

Ən çox oxunanalar