Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Azərbaycan Cənubi Qafqazda seperatizmi məhv edib...

Ermənistanın keçmiş müdafiə naziri deyir ki, ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır...

Politoloq: “Seyran Ohanyan kimi şəxslərin fikir söyləməsi bizim üçün heç bir əhəmiyyət bildirmir. O şəxsiyyəti sual altında olan bir canlıdır”.

“Bu kimi şəxslərin fikir söyləməsi müəyyən mənada sülh prosesinə Ermənistan tərəfindən xələl gətirə bilər”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Qarabağ fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın keçmiş müdafiə naziri, Köçəryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir. Yəni Minsk Qrupu yenidən işə düşməlidir.

Hazırda yerdə yaranmış vəziyyəti nəzərə alarsaq, belə bir ssenarinin reallaşması ehtimalı belə görünmür. Bəs Ermənistanın sülhə deyil, revanşa can atmasının əsas səbəblərini nəylə izah etmək olar? Bu istəklərdən yola çıxarsaq, Rusiya ilə də münasibətləri tamamilə korlanan Ermənistanın gələcəyi necə görünür?

Ermənistanda baş verən prosesləri Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Əslində, 44 günlük müharibədə Qarabağ ermənilərini orada atıb qaçan Seyran Ohanyan bu gün İrəvanda parlamentdə oturub, cürəti gəlib Azərbaycana qarşı fikirlər səsləndirməyə cəhd edir”.

Bunun erməni cəmiyyətində revanşist hisslərin alovlanmasına hesablanmış mövqe olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, biz bu fikirlərin Ermənistanın mövqeyi olmadığını bilirik:

“Seyran Ohanyan Ermənistanın müdafiə naziri idi və Azərbaycana qarşı işğalçılıq prosesində, ərazilərimizin işğal edilib işğal altında saxlanılmasında və həmin ərazilərimizidə çoxlu sayda cinayətlərin törədilməsində iştirak edib. Eyni zamanda Ohanyan Ermənistan ordusuna rəhbərlik edərkən onun haqqında məğlubedilməz sərkərdə mifi yaradılmışdı. Qarabağ və digər işğal edilmiş ərazilərimizdə Ohanyan xəttləri deyilən müdafiə xəttləri yaradılmışdı. Azərbaycan ordusu da həmin müdafiə xəttlərini darmadağın etdi.

Əslində, 44 günlük müharibədə Qarabağ ermənilərini orada atıb qaçan Seyran Ohanyan bu gün İrəvanda parlamentdə oturub, cürəti gəlib Azərbaycana qarşı fikirlər səsləndirməyə cəhd edir. Təbii ki, döyüş meydanından qaçıb bu gün Azərbaycana qarşı fikirlər səsləndirmək rahat işdir. Əgər Ohanyan həqiqətən də, məğlubedilməz sərkərdə, məğlubedilməz erməni ordusunun müdafiə naziri idisə, bu halda o döyüş meydanından qaçmamalı idi.

Təbii ki, bur bir erməni təfəkkürdür. Bu gün o Azərbaycana qarşı eyni zamanda Cənubi Qafqazda formalaşdırılmış yeni reallıqlara, sülhə, təhlükəsizliyə qarşı əsasız fikirlər səsləndirir. Bu erməni cəmiyyətində revanşist hisslərin alovlanmasına hesablanmış mövqedir. Biz bilirik ki, bu Ermənistanın mövqeyi deyil. Hamıya məlumdur ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanda xaos var. Baş nazir bir fikir səsləndirir, müdafiə naziri tamamilə başqa ziddiyyətli fikir səsləndirir, xarici işlər naziri də onların hər ikisinə ziddi olan mövqe bildirir.

Xəyal Bəşirov: “Onlar anlayırlar ki, Azərbaycan Cənubi Qafqazda seperatizmi məhv edib. Bu reallıqları görən cinayətkar ünsürlər bunu həzm edə bilmirlər”.

Seyran Ohanyan kimi şəxslərin fikir söyləməsi bizim üçün heç bir əhəmiyyət bildirmir. O şəxsiyyəti sual altında olan bir canlıdır. Düşünürəm ki, Ohanyanın bu gün revanşist fikirlər səsləndirməsi əslində Qarabağdan olan cinayətkar ünsürlərin son çabalarıdır. Onlar anlayırlar ki, Azərbaycan Cənubi Qafqazda seperatizmi məhv edib. Bu reallıqları görən cinayətkar ünsürlər bunu həzm edə bilmirlər. Təbii ki, onların yeganə son ümidləri, imkanları belə əsassız, absurd və sülhə təhdid yaradacaq fikirlər səsləndirməsidir.

Amma bu Ermənistan cəmiyyətinin mövqeyi deyil və Ermənistan cəmiyyətində bu kimi şəxslərə heç bir rəğbət qalmayıb. Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan bu gün siyasi meyidlərdir. Onlar bu gün nəyinki Azərbaycanla, regionla, ümumiyyətlə Ermənistan cəmiyyəti ilə bağlı hər hansı real fikirlər səsləndirə bilən imkanları olmayanlar şəxslərdir. Bu kimi şəxslərin fikir söyləməsi müəyyən mənada sülh prosesinə Ermənistan tərəfindən xələl gətirə bilər. Hər bir halda bu Ermənistan dövlətinin problemləridir.

Düşünürəm ki, bizim formalaşdırdığımız reallıq o qədər əhəmiyyətli, ciddi, möhkəm reallıqdır ki, onu dünya, region dövlətləri qəbul edir. Təbii ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin qəbul etdiyi reallıqları belə cinayətkar ünsürlərin revanşist fikirləri zərrə qədər də olsun təhlükəsi altına ala bilməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Bu xəstəliklər bağırsaq xərçənginə yol açır

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Ən çox oxunanalar