Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kral Britaniyanın Keniyadakı müstəmləkəçilik siyasətini iyrənc adlandırıb

Britaniya kralı III Çarlz Nayrobiyə dövlət səfəri zamanı krallığın keçmiş müstəmləkəsi olan Keniyada müstəmləkəçilik siyasətindən təəssüfləndiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Citizen telekanalı məlumat yayıb.

“Biz uzun və çətin münasibətlərimizin ən ağrılı anlarını etiraf etməliyik. Keçmişin pis əməlləri ən böyük kədər və ən dərin təəssüfün səbəbidir”, deyə kral bildirib.

III Çarlz həmçinin müstəmləkəçilərin keniyalılara qarşı törətdikləri vəhşilikləri vurğulayaraq, onları “iyrənc və əsassız” adlandırıb və deyib ki, hər iki ölkə öz ağrılı tarixlərini aradan qaldırmaq və əməkdaşlığı gücləndirmək üçün səy göstərməlidir.

Bundan əvvəl Keniya prezidenti Uilyam Ruto kralı müstəmləkə keçmişini etiraf etmək istəyini ifadə etdiyinə görə tərifləyib. Bununla belə, o qeyd edib ki, Britaniya müstəmləkə hökumətinin keniyalılara və ümumilikdə afrikalılara vurduğu ölüm və iztirabların əvəzini çıxmaq üçün səylər göstərsə də, dəyən zərərin tam ödənilməsi üçün hələ çox işlər görülməlidir.

Bu, III Çarlzın monarx kimi Birlik ölkələrinə ilk səfəri və Keniyanın özünə dördüncü rəsmi səfəridir. Əvvəllər, hələ şahzadə olarkən 1971, 1978 və 1987-ci illərdə ölkəyə səfər edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay