NATO-nun Baş katibi Yens Stoltenberq, Böyük Britaniya və Fransanın müdafiə nazirləri bir gün əvvəl Kiyevə səfər ediblər...
Poliqon The New York Times istinadən xəbər verir ki, bu səfərlər birbaşa Ukrayna ərazisində Qərb silahlarının istehsalının artırılmasını müzakirə etmək üçün edilib.
NATO-nun Baş katibi, Böyük Britaniya və Fransa müdafiə nazirləri Qrant Şapps və Sebastyan Lekornunun səfərləri Ukraynada beynəlxalq hərbi podratçılar forumunun başlamasından bir gün əvvəl baş tutub. Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, forumda 26 ölkədən 165 şirkətin nümayəndələri iştirak edəcək.
Qəzetin qeyd edir ki, Avropa rəsmiləri öz ehtiyatlarının tükənməsi səbəbindən Ukraynaya hərbi dəstəyi azaltmaq zərurətindən xəbərdardırlar. Buna görə də onlar Kiyevin öz hərbi sənayesinin genişləndirilməsini ölkənin zəruri iqtisadi inkişafı kimi təqdim edirlər.
NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə bir gün əvvəl keçirdiyi mətbuat konfransında deyib:
“Bu, Ukrayna şirkətləri üçün alyans daxilində və onun hüdudlarından kənarda sənaye ilə yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsət olacaq. Ukrayna nə qədər güclü olarsa, biz Rusiyanın təcavüzünə son qoymağa bir o qədər yaxın olarıq”, deyə Stoltenberq əlavə edib.
Xatırladaq ki, dünən Qrant Şapps və Sebastien Lekornu Vladimir Zelenski və Ukraynanın yeni müdafiə naziri Rustəm Umerovla görüşüblər. Fransalı nazirlə birlikdə iyirmi müdafiə sənayesi müəssisəsinin nümayəndələri gəlib. Onlar hərbi dəstəyi, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə ediblər.
Poliqon.info