Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

"Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"...

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda Xocalı qətliamının əvəzini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyondan artıq azərbaycanlı sözün əsl mənasında qovulub. Hara? Azərbaycana. İndi on ildən sonra Azərbaycan bu qətliamın cavabını tələb edir”.

Ərdoğan bildirib ki, ABŞ, Rusiya, Fransa və “Minsk qrupunun həmsədrləri” adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı: “Nəhayət, Azərbaycan öz göbəyini kəsdi, işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri”.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub: “İllər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmaq üçün daxil olmayıb. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Yəni Azərbaycan qələbələrin müjdəsi ilə öz torpağına daxil olub. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” 

Ən çox oxunanalar