Danilov: Kiyev öz raketlərinin istehsalının bir hissəsini Ukraynadan kənara köçürüb...
Poliqon xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
Danilov qeyd edib ki, bu proqram qapalıdır, onun dəqiq hansı statusda olması barədə məlumat məxfidir.
“Rusiya əvvəllər bu raketlərin yığıldığı yerə hücum edib. Hücumdan sonra biz istehsalın bir hissəsini Ukraynadan kənara köçürdük”, deyə Danilov bildirib.
Poliqon.info