Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Hüseynov: "Qarşıda bizi daha 4 lisenziya gözləyir"

"Sevindirici haldır ki, 6 lisenziyadan 2-ni almışıq. Qarşıda bizi daha 4 lisenziya gözləyir".

"Report" xəbər verir ki, bunu Yunan-Roma güləşi üzrə millimizə qızıl medal qazandıran idmançı Rafiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.

"Bakıda keçirilən Avropa çempionatı və dünya təsnifat turnirində bunları əldə etməyə çalışacağıq",- R.Hüseynov bildirib.

Güləşçi çempion kimi öz təəssüratlarını bölüşüb:

“Çox sevinirəm ki, Yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə dünya çempionu tituluna layiq görülüb. Bu komandanın üzvü olduğuma görə fəxr edirəm. Eyni zamanda, bir dünya çempionatında iki qızıl medal almağımız da böyük nəticədir. Bu, nəinki bizim əməyimiz, eləcə də Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinin səyi nəticəsində mümkün oldu.

1995-ci ildə güləşə başladığım gün də məhz dünya çempionu olduğum gündür. Atam məni güləş zalına məhz bu gün aparmışdı. Sevinirəm ki, atamın ümidlərini doğrultmuşam. Yeni nailiyyətlər əldə etməklə bu ümidi daha da möhkəmləndirmək niyyətindəyəm”.

Xatırladaq ki, Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” 

Ən çox oxunanalar