Çərşənbə, 04 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan MN növbəti dəfə Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb - Yenilənib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq...

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

Poliqon xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır.

***

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır", - o vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəb yaxınlığında dəhşət: Qoca kişi azyaşlı qıza təcavüz edib - Video

Rabitəbankın Marketinq departamentində nə baş verir?

Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək - Foto

DTX tərəfindən qandallanıb Bakıya gətirilən David İşxanyan kimdir? - Qara dosye

Araikin “nazir” olan əmisi oğlu Laçın postunda saxlanıldı

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib

Ən çox oxunanalar