Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Abşeron rayonunda, Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Gəncə şəhərində daha 100 mənzil verilib...

Nazirlikdən Poliqon-a verilən xəbərə görə, Gəncədə mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

H.Abdullayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

Qeyd olunub ki, bu gün Bakı və Gəncə şəhərlərində, Abşeron rayonunda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.

Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib.

S.Tomuyev Gəncədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Ən çox oxunanalar