Ermənilərin Xocavənddə törətdiyi terror aktında və Füzulidə yol qəzasında həlak olan polislərin adları dəqiqləşdirilib...
DİN-in mətbuat xidmətindən Poliqon-a bildirilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.
***
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində yaralanan daha 3 polis həlak olub.
Poliqon.info