Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 33 trilyon dollar həddinə çatdı

ABŞ-ın məcmu dövlət borcu tarixdə ilk dəfə olaraq 33 trilyon dollar həddini keçib...

Poliqon ABŞ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, dövlət borcu hazırda 33,044 trilyon dollar təşkil edir. Eyni zamanda, üç ay əvvəl dövlət borcunun həcmi 32 trilyon dollar həddini keçib.

The New York Times qəzetinin ekspertlərinin fikrincə, 2030-cu ilə qədər Amerikanın dövlət borcu 50 trilyon dollara qədər arta bilər. Bu, hətta xərclərin azaldılması ilə bağlı yaxınlarda qəbul edilmiş ikitərəfli razılaşma fonunda baş verəcək.

Bu yay milli borc limiti qaldırılmasa və ya dayandırılmasa, ABŞ-ın hesabları ödəmək üçün pulunun tükənməsi riski var idi.

İyunun 3-də ABŞ prezidenti Co Bayden hökumətin borc tavanını 2025-ci il yanvarın 1-dək dayandıran qanunu imzalayıb və hökumətə siyasi baxımdan riskli məsələni 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər təxirə salmağa icazə verib.

Bayden özü bunun iqtisadi böhranın və real iqtisadi çöküşün qarşısını almağa kömək etdiyini deyib. Siyasətçilər büdcə ilə bağlı razılığa gələ bilməsələr, ABŞ 247 illik tarixində ilk dəfə defoltla üzləşəcəkdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Ən çox oxunanalar