Şəbəkə nasazlığı səbəbindən bütün Nigeriyanın elektrik enerjisi kəsilib...
Poliqon xəbər verir ki, bu barədə Al Jazeera kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, enerji istehsalı cümə axşamı səhər sıfıra düşüb və sonra 273 MVt-a çatıb ki, bu da gündəlik orta hesabla 4,1 min MVt-dan xeyli aşağıdır. Elektrik şəbəkəsi gün ərzində bir neçə dəfə sıradan çıxıb və enerjinin nə vaxt tam bərpa ediləcəyi bəlli deyil.
Nigeriyanın bütün cənub-şərq hissəsini elektrik enerjisi ilə təmin edən Enugu Elektrik Paylayıcı Şirkəti sistemin tam çökməsi barədə bəyanat yayıb.
Nigeriyanın elektrik şəbəkəsi keçən il ən azı dörd dəfə sıradan çıxıb. O zaman hökumət rəsmiləri səbəb kimi texniki problemləri göstərmişdilər.
Poliqon.info