Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın gərginlik yaradaraq sülhdən uzaqlaşması...

Bölgədə sabitliyi pozmaqda maraqlı olan Ermənistan sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır...

Politoloq: “Nikol Paşinyan Fransa, İranın təhriki ilə sülhdən yayındı və prosesi sabotaj etməyə çalışdı”.

“Demək olar ki, Ermənistan küncə sıxılıb və Azərbaycanla anlaşmaya getməkdən başqa alternativi yoxdur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın son hadisələrlə nəyə can atmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Azərbaycanla sərhəddə topladığı silah və canlı qüvvə regionda müharibə riskini artırır. Bölgədə sabitliyi pozmaqda maraqlı olan Ermənistan bununla da sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. Eyni zamanda, özünü sığortalayan Nikol Paşinyan guya bölgədə Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı görüntü yaratmaq üçün müxtəlif ölkələrin dövlət və hökumət başçılarına zəng edərək, Ermənistanı gözləyən “təhlükə” barədə haray-həşir salıb.

Bəs Ermənistanın əsas məqsədi nədir? Nəyə can atırlar və sülhü uzatmaq doğrudan da Ermənistana kömək edə bilərmi?

Ermənistanın son atdığı addımları Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Konkret olaraq Ermənistan rəhbərliyinin əsas planı sabotaj siyasətini davam etdirməkdir”.

Nikol Paşinyanın Politco nəşrinə müsahibəsində Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsini vurğulayan politoloq Poliqon-a açaılaqmasında qeyd edib ki, bundan sonra hərbi hərəkətlilik edərsə, ona real kömək edilməyəcək:

Ermənistan tərəfi post müharibə dövrünü konkret olaraq silahlanma və Azərbaycana qarşı revanş siyasətinə həsr etdi. Baxmayaraq ki, razılaşmalar oldu, müəyyən sənədlər imzalandi. Amma, Nikol Paşinyan Fransa, İranın təhriki ilə sülhdən yayındı və prosesi sabotaj etməyə çalışdı.

Məqsəd Azərbaycana güc tətbiq edərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənmək və Qarabağı Azərbaycandan ilhaq etməkdir. Amma, proseslər əleyhinə işlədi. Nə Fransa, nə də Avropanın bəzi mərkəzələri Nikol Paşinyanın zənglərinə rəğmən son anda real dəstək vermədi.

Məhəmməd Əsədullazadə: “Artıq görürük ki, müharibə olarsa, heç bir dövlət Ermənistana real kömək etməyəcək”.

Demək olar ki, Ermənistan küncə sıxılıb və Azərbaycanla anlaşmaya getməkdən başqa alternativi yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan etiraf edir ki, qoşunları sərhəddə yığır. Sülh istəyən belə bir təxribata getməz. Konkret olaraq Ermənistan rəhbərliyinin əsas planı sabotaj siyasətini davam etdirməkdir.

Artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşıb. Türkiyə və Azərbaycan vəziyyəti diktə edir, Rusiya isə bunu qəbul edib. Artıq görürük ki, müharibə olarsa, heç bir dövlət Ermənistana real kömək etməyəcək. Nikol Paşinyan Politco nəşrinə müsahibəsində bildirib ki, Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bundan sonra hərbi hərəkətlilik edərsə, ona real kömək edilməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar