Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çağırışçıların müayinəsi ƏƏSMN-ə tapşırıldı - Qanuna zidd məqamların qarşısı alınacaq?

Həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək...

Hərbi-ekspert: “Düzü, bu qərarı eşidəndə təəcübləndim. O mənada təəccübləndim ki, adətən belə məsələlər olanda biz güc strukturlarını görürdük”.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə olan neqativlərə son qoya bilməsi inandırıcı görünmür”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Prezident İlham Əliyevin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi yoxlanışı ilə bağlı imzaladığı fərmanı Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu fərman nəyi dəyişəcək? Bu sahədə olan müəyyən qanuna zidd məqamların qarşısı alına biləcək?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərlinin fikirlərini öyrənib.

Üzeyir Cəfərli: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiyasının nə ortaya qoyacağını görəcəyik”.

Bu qərarın gözlənilməz addım olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, istənilən halda, dövlət başçısına təqdim olunan sənəddə nəyisə əsaslandırıblarsa, deməli ortada nəysə var:

“Düzü, bu qərarı eşidəndə təəcübləndim. O mənada təəccübləndim ki, adətən belə məsələlər olanda biz güc strukturlarını görürdük. Amma bu dəfə sağlamlığı ilə bağlı xidmətdən möhlət hüququ olanların yoxlanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Bunu təklifi verən şəxslər açıqlasa, daha yaxşı olar. Amma mənim yanaşmam ondan ibarətdir ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda on minlərlə, bəlkə də, yüz minlərlə əlilliyi olan şəxslərin pensiya təminatını dayandırıb. Nazirlik bu istiqamətdə işlər görüb deyə, bəlkə də, müəyyən fikir formalaşıb ki, onlar bu işdə prinsipiallıq nümayiş etdirəcək.

Bir daha qeyd edim ki, bu mənim üçün gözlənilməz addım idi. Amma istənilən halda, dövlət başçısına təqdim olunan sənəddə nəyisə əsaslandırıblarsa, deməli ortada nəysə var. Lakin düşünürəm ki, bu da vəziyyətdən çıxış yolunu tam aydınlaşdırmayacaq. Çünki zaman-zaman gördük ki, icra başçıları vəzifəyə təyin olundu, amma onlar dövlət başçısının onlara göstərdikləri etimadı doğrultmadılar. Hətta, elə rayon var ki, iki icra başçısı həbs olunub.

Üzeyir Cəfərli: “Əlbəttə ki, biz arzu edirik ki, o sahədə olan neqativ hallara son qoyulsun”.

Buna görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə olan neqativlərə son qoya bilməsi inandırıcı görünmür. Əlbəttə ki, biz arzu edirik ki, o sahədə olan neqativ hallara son qoyulsun. Amma bunun alınıb-alınmayacağını zaman göstərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiyasının nə ortaya qoyacağını görəcəyik.

Mən belə başa düşürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində insanların sağlamlığını yoxlamaq üçün yaradılan komissiyada olan mütəxəssislər çağrışçıları yoxlayacaqlar. Daha sonra isə onlarla bağlı dəqiq, doğru qərarlar verəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Ən çox oxunanalar