Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ər-Riyad Tehranla niyə bu qədər sürətlə yaxınlaşmağa can atır?...

Uzun illər boyu İrandakı molla rejimini özünün barışmaz düşməni olaraq görən Ər-Riyadın son bir neçə ayda Tehrana bu qədər yaxınlaşmağa can atmasının səbəbini nədir?..

Siyasi-şərhçi: “Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Tehrana səfəri gözlənilən səfər idi”.

“Görünən odur ki, Çinin vasitəçiliyi ilə münasibətlərdə normallaşma prosesi baş verir. Lakin hər iki tərəfin qarşılıqlı olaraq gözləntiləri və tələbləri var”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Səudiyyə Ərəbistanıİran münasibətlərində olan sürətli yaxınlaşma prosesini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysalın Tehrana etdiyi səfər oldu.

Uzun illər boyu İrandakı molla rejimini özünün barışmaz düşməni olaraq görən Ər-Riyadın son bir neçə ayda Tehrana bu qədər yaxınlaşmağa can atmasının səbəbini nədir? Hansı geosiyasi səbəblər Ər-Riyadı bu qədər sürətlə Tehrana yaxınlaşmağı məcbur edir?

Tehran-Ər-Riyad yaxınlaşmasını Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Səudiyyə Ərəbistanıİran münasibətləri necə surətlə yaxınlaşır, normallaşırsa, həmin surətlə də yenidən kəskinliyə doğru gedə bilər”.

Çindin hər iki tərəfin gözləntilərinin və tələblərinin yerinə yetirilməsi öhdəliyini davam etdirdiyini qeyd edən ekspert Poliqon-a bildirib ki, İran və Səudiyyənin münasibətləri o qədər dərin ziddiyyətlər var ki, bütün cəhlərə baxmayaraq Səudiyyə ilə İran arasında səmimi dostluq münasibətlərinin yaranmasına elə də inanmır. Politoloq hesab edir ki, yaxın gələcəkdə bu iki antoqonist ölkə arasında səmimi münasibətlərin yaranması heç də mümkün görünmür. Buna sübut olaraq isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysalın Xomeyninin portretinin asıldığı zalda mətbuat konfransı keçirməkdən imtina etməsini göstərmək olar:

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Tehrana səfəri gözlənilən səfər idi. Çünki Çinin vasitəçiliyi ilə Səudiyyə ƏrəbistanıSəudiyyə Ərəbistanı təsirində olan bir çox ölkələrin İranla münasibətlərinin normallaşması prosesi baş verir. Bu normallaşma prosesinin tərkib hissəsi olaraq səfirliklərin yenidən açılması, qarşılıqlı səfərlər baş tutur.

İranın xarici işlər naziri də Səudiyyə Ərəbistanına səfər etmişdi. İndi də Feysalın İrana səfəri baş tutdu. Amma bu səfərdə belə bir qalmaqallı hadisə baş verdi. Mətbuat konfransı üçün ayrılan zalda Xomeyninin və Qasim Süleymaninin şəkili asılmışdı və Səudiyyə Ərəbistanının xarici işlər naziri bu şəkillərin fonunda çıxış etməkdən imtina etmişdi. Ona görə də mətbuat konfransı üçün zal dəyişdirildi.

Görünən odur ki, Çinin vasitəçiliyi ilə münasibətlərdə normallaşma prosesi baş verir. Lakin hər iki tərəfin qarşılıqlı olaraq gözləntiləri və tələbləri var. Bu məsələlər həm ikitərəfli münasibətlərə, eyni zamanda da üçüncü ölkələrlə münasibətlərə daxildir. Məsələn Yəməndə baş verən vətəndaş müharibəsi ilə bağlıdır.

Fərhad Məmmədov: “Hal-hazırda Səudiyyə Ərəbistanıİran münasibətlərində normallaşma baş versə də, bunun məcburi yaxınlaşma olduğunu deməzdim, amma hər iki tərəfin Çinlə olan münasibətlərini nəzərə alaraq bu yaxınlaşmaya gedirlər”.

Əlbəttə, region çox dinamikdir və proseslər də surətlə gedir. Biz bunu müşahidə edirik. Onu deyə bilərəm ki, hal-hazırda Səudiyyə Ərəbistanıİran münasibətlərində normallaşma baş versə də, bunun məcburi yaxınlaşma olduğunu deməzdim, amma hər iki tərəfin Çinlə olan münasibətlərini nəzərə alaraq baş verir. Bu istiqamətdə Səudiyyə və İran Çinin qarşısında bir öhdəlik götürüblər ki, hər iki tərəfin gözləntiləri və tələbləri yerinə yetirilsin. Lakin həmin ölkələrin münasibətləri o qədər dərin ziddiyyətlərə bağlıdır, düşünmürəm ki, yaxın gələcəkdə aralarında hər hansısa bir səmimiyyət formalaşsın.

Digər məqam odur ki, münasibətlər necə surətlə yaxınlaşır, normallaşırsa, həmin surətlə də yenidən kəskinliyə doğru gedə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar