Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin: Asiya ölkələri NATO-nun regionda genişlənməsinə qarşıdır...

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Asiya-Sakit Okean regionunun əksər ölkələri blokların qarşıdurmasına və NATO-nun regionda genişlənməsinə qarşıdır...

Poliqon xəbər verir ki, Çin rəsmisi bunu İndoneziya, Sinqapur və bir sıra digər ölkələrin nümayəndələrinin yeni “Soyuq müharibə” görmək, Çin və ABŞ arasında seçim etmək məcburiyyətində qalmaq istəmədikləri barədə bəyanatlarını şərh edərkən deyib.

“Əksər ölkələrin mövqeyi çox aydındır: onlar regionda müxtəlif hərbi blokların birləşməsinə qarşıdırlar, NATO-nun Asiyaya genişlənməsini alqışlamırlar, blokların qarşıdurmasının Asiyaya ötürülməsini qəbul etmirlər. Onlar Asiyada soyuq və ya isti müharibəyə icazə verməyəcəklər”, deyə Van Venbin bildirib.

Nazir əlavə edib ki, Asiya “dünyada böyümə və inkişaf üçün ən böyük potensiala malik regiondur”. Onun sözlərinə görə, Asiya qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük arena olmalıdır və “qapalı və müstəsna kiçik” bloklara bölünməməlidir.

İndoneziya, Sinqapur və bir sıra digər ölkələrin nümayəndələri iyunun 2-4-də Sinqapurda keçirilən Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik konfransında yeni Soyuq müharibə görmək istəmədiklərini bildiriblər. Çinin müdafiə naziri Li Şanfu ölkəsinin yeni təhlükəsizlik təşəbbüsünü açıqlayıb. O, forumdakı çıxışında Asiya-Sakit okean regionunda NATO-ya bənzər hərbi ittifaqların yaradılmasının bir sıra münaqişələrə səbəb olacağını qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar