Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya NATO-nun Baş katibliyi uğrunda mübarizəyə başlayıb...

Sunak Baydeni NATO-nun yeni baş katibi kimi Uollesi dəstəkləməyə inandırmağa çalışacaq...

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun yeni Baş katibi vəzifəsinə təyin edilməsini dəstəkləməyə inandırmağa çalışacaq,

Poliqon xəbər verir ki. bu barədə The Sun nəşrinin məlumatında bildirilir.

Xəbərdə qeyd edilir ki, Briitaniyanın müdafiə naziri Ben Uollesin Şimali Atlantika Alyansının növbəti rəhbəri olması üçün kampaniya Baş nazirlə ABŞ prezidenti arasında aparılan danışıqlarda intensivləşir.

Danışıqlar bu həftə Vaşinqtonda baş tutmalıdır. Nəşr qeyd edir ki, Uolles alyansın yeni rəhbəri seçilərsə, o, son iki onillikdə bu vəzifədə ilk britaniyalı olacaq.

Vurğulanır ki, Sunakın ABŞ-a səfəri zamanı süni intellektin tənzimlənməsi və Böyük Britaniyaya daxili investisiyaların cəlb edilməsi məsələləri də müzakirə olunacaq.

Ənənəvi olaraq, NATO-nun Baş katibi vəzifəsini Avropa ölkəsindən olan siyasətçi tutur, lakin onun namizədliyi Ağ Evdə təsdiqlənməlidir.

Alyansın hazırkı rəhbəri Yens Stoltenberqin səlahiyyət müddəti sentyabrın sonunda başa çatır. Artıq bir dəfə uzadılıb və bunun yenidən baş verməsi mümkündür.

Bu vəzifəyə digər namizədlər arasında Hollandiyanın baş naziri Mark Rutte, İspaniyanın baş naziri Pedro Sançes, Danimarkanın baş naziri Mette Frederiksen və Estoniyanın baş naziri Kaju Kallas da var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar