Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonda Müstəqillik və Silahlı Qüvvələr günlərinə həsr edilmiş rəsmi qəbul təşkil olunub

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün 105-ci ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, ABŞ tərəfi tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson, müdafiə katibinin Avrasiya, Rusiya və Ukrayna məsələləri üzrə köməkçisinin müavini Laura Kuper və Oklahoma Milli Qvardiyasının qərargah rəisi briqadir general Kolbi Vatt tərəfindən təmsil olunub.

Qəbulda eyni zamanda, 30-a yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, yəhudi təşkilatlarının və müxtəlif tədqiqat mərkəzlərinin rəhbərləri və nümayəndələri, o cümlədən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri daxil olmaqla 600-dən çox qonaq iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin hazırki qlobal səciyyəli vəziyyətinə gəlib çıxmasında müstəsna rolunu xüsusi vurğuladı. Eyni zamanda, Ulu Öndərin Azərbaycan-ABŞ münasibətlərinin qurulması və inkişafına verdiyi əvəzsiz töhfələr qeyd edilərək, ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edildi və Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olunduğu bildirilib. Daha sonra, ABŞ-ın Oklahoma ştatı ilə tərəfdaşlığın qurulmasının 21 illik tarixindən danışıldı və bu tərəfdaşlığın əhəmiyyəti vurğulandı. Səfir qeyd edilənlərlə yanaşı, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu qlobal miqyaslı layihələr barədə danışıb.

Səfir, Azərbaycanın xüsusi tarixlərinin qeyd edildiyi bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropanın gələcəyi ilə bağlı müzakirələrin aparıldığı Moldovanın paytaxtı Kişineuda keçirilməkdə olan “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etdiyini diqqətə çatdırıb.

Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən bəhs edərək, Müzəffər Ali Baş Komandanın xüsusi diqqəti və səyləri nəticəsinsə silahlı qüvvələrimizin bugünkü müasir və güclü vəziyyətinə gəldiyini və 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edildiyini xüsusi vurğulayıb.

Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər iki əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik etdi, hal-hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Çıxışlardan sonra, ABŞ-ın Vaşinqton şəhərinin meri Muriel Bauzer tərəfindən 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə imzalanmış bəyannamənin qonaqlar qarşısında oxunuşu keçirilib.

Qəbul zamanı ölkəmizin Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə aid video-çarxlar nümayiş etdirilib.

Tədbirin mədəni hissəsində ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar