Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna NATO ölkələrindən heç birini müharibəyə cəlb etməyi planlaşdırmır - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, heç bir NATO ölkəsini müharibəyə cəlb etməyi planlaşdırmır...

Dövlət başçısının sözlərinə görə, Ukrayna da başa düşür ki, müharibə bitənə qədər NATO-ya üzv ola bilməyəcək.

Poliqon Unian nəşrinə istinadən xəbər verir ki, Zelenski bu barədə Kiyevdə keçirdiyi brifinqdə bildirib.

“Biz NATO-ya əvəz, alternativ axtarmırıq... Mənə misal göstərin ki, bu gün hansı NATO ölkəsi Rusiya ilə müharibə aparır və ya hazırda Rusiya qoşunları hansı ölkənin ərazisindədir?”, deyə Zelenski bildirib.

Prezident həmçinin vurğulayıb ki, bu müharibə davam etdiyi müddətdə Ukrayna NATO-ya üzv olmayacaq: "İstəmədiyimiz üçün yox, mümkün olmadığı üçün... Biz adekvat insanlarıq və başa düşürük ki, NATO ölkələrindən heç birini müharibəyə sürükləməyəcəyik”.

Onun sözlərinə görə, hazırda Ukraynanın NATO ölkələrindən aldığı təhlükəsizlik zəmanətləri, o cümlədən sanksiyalar, maliyyə zəmanətləri və silahlar Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar