Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin getdikcə daha çox təcrid olunur...

Rusiya prezidentinin bu həftə üçün nəzərdə tutulan iki xarici səfəri ləğv olunub...

Poliqon xəbər verir ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsi prezidentin həbsinə order verdikdən sonra xaricə səyahət Putin üçün riskli olub.

Bu həftə Vladimir Putinin gedəcəyi gözlənilən iki ölkəyə şəxsən səfər etməyəcəyi məlum olub. O, Hindistanda keçiriləcək ŞƏT sammitində videobağlantı vasitəsilə iştirak etmək qərarına gəlib. Həmçinin Rusiya prezidenti bir neçə gün əvvəl elan olunan Türkiyə səfərini ləğv edib. Onu Türkiyədə Rəcəb Ərdoğanın andiçmə mərasimində Dövlət Dumasının sədri Vyaçeslav Volodin əvəz edəcək.

Putinin avqustda Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə səfəri də şübhə altındadır. Bloomberg Agentliyi çərşənbə axşamı yazıb ki, ölkə sammit iştirakçılarına toxunulmazlıq sözü versə də, CAR rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsinin orderinin bu təminata aid olmadığını bildiriblər.

Beynəlxalq səyahətlərdən imtinaya görə Putin getdikcə təcrid olunur. May ayında o, əsasən MDB ölkələrinin rəhbərləri ilə görüşüb. İstisnalar Eritreya prezidenti İsaias Afevorki və Serb Respublikasının prezidenti Milorad Dodik idi. Bütün bu görüşlər Moskvada keçirilib.

Bu müddət ərzində Ukrayna prezidenti Vladimir Zelenski 8 ölkəyə səfər edib və Qərb dünyasının aparıcı dövlətlərinin başçıları, habelə Roma Papası ilə görüşüb.

Qeyd edək ki, Putinin sonuncu xarici səfəri 2022-ci ilin dekabrında Belarusa olub.

Haaqa məhkəməsi tərəfindən Putinin həbsi üçün orderin verilməsi onun xaricə səyahətini faktiki olaraq məhdudlaşdırır. Ekspertlər bildiriblər ki, BCM-də iştirak etməyən ölkələr də Rusiya prezidentini həbs edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar