Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın dağılan nüvə mifi...

Ekspert: Kiyev üzərində bütün “İsgəndər” raketlərinin vurulması Rusiyanın nüvə gücü ilə bağlı daha bir mifi dağıtdı...

İyunun 1-nə keçən gecə Kiyev səmasında 10-dan artıq “İsgəndər” raketinin vurulması Rusiyanın nüvə gücü ilə bağlı növbəti mifi dağıtdı.

Poliqon xəbər verir ki, bunu Almaniyanın BILD nəşrinin hərbi eksperti Culian Röpke deyib.

Röpkenin dediyinə görə “İsgəndər” raketləri 800 kq-a qədər partlayıcı daşıyan 4 ton ağırlığında nəhəng döyüş başlıqlarıdır. Hər bir raketin qiyməti 2 milyon avroya çatır. Qərb kompleksləri “Patriot” və “İris-T” onları cəmi bir neçə kilometr məsafədə vura bilib.

Nəticədə vurulandan sonra da onların parçaları insanlara ziyan vurur. Röpke onları hərbi hədəfləri vurmayan, lakin “tamamilə təsadüfən mülki obyektlərə düşən” “canavar raketlər” adlandırır.

Ekspert qeyd edir ki, “İsgəndər” raketlərinin ilkin nəzəri məqsədi 400 km-ə qədər məsafəyə nüvə yüklərinin çatdırılması, yəni NATO ölkələrinə zərbələr endirilməsi idi. Kiyev səmasında bütün raketlərin vurulması onu deməyə əsas verir ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə Kalininqrad vilayətindən buraxılan “İsgəndər” başlıqları Polşa səmasında vurulacaq və Berlin və Varşavaya çatmayacaq.

İyunun 1-nə keçən gecə rus qoşunları Kiyevə yeddi “İsgəndər-M” ballistik raketi və beş “İsgəndər-M” qanadlı raketi ilə hücum edib. Ukraynanın hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub və onların fraqmentləri yaşayış məntəqələrinə düşüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar