Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib...

Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak etmişlər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər.

Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərinin sərgisi nümayiş olunmuşdur.

Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalına start verilmişdir. Konsert proqramında bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahüridir. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərmiş, onların ən böyük himayədarı olmuşdur. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülmüş, müvafiq qanunvericilik aktları qəbul edilmişdir. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olmuşdur.

Vurğulanmışdır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir. Azərbaycanda uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək” və sairə layihələr icra olunmuşdur.

Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunmuşdur.

Sonda Vətən Müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim olunmuşdur.

Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilmiş, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim edilərək təbrik edilmişdir.

 

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar