Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi

01 iyun 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Dəniz Palace” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, Qarabağ qazisi Elmir Abbasov, şəhid ailələrinin və qazilərin uşaqları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etdilər.

Poliqon.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.

Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva öz çıxışlarında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışdılar. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladılar. Uşaqları qayğızsız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onlara diqqət və qayğının artırılması, vətənpərpər, millətsevər və humanist ruhda tərbiyə olunması hər birimizin ən ümdə vəzifəsinə çevrilməli olduğunu qeyd etdilər.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və Qarabağ qazisi Elmir Abbasov çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik edib, tədbiri təşkil edən Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir, təhsil və səhiyyə xidmətləri pulsuzdur. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi.

Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Cizgi film personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olundu.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar