Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Hindistanla ticarəti dalana dirənib - Moskva pullarını ala bilmir...

Rusiyanın Hindistanla ticarətdən əldə etdiyi gəlir xaricdə “ilişib” qalıb. Bu pullar Moskvanın istifadə edə bilmədiyi 147 milyard dolların bir hissəsi olublar...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Nəşr yazır ki, Rusiya sadəcə Hindistan banklarında oturan rupidən hər ay bir milyard dollara qədər pul toplayır. Lakin bu pul lar müharibə başlayandan bəri xaricdə ilişib qalmış Rusiyanın 147 milyard dollarlıq aktivinə əlavə olunur.

Agentlik qeyd edir ki, rupinin profisiti Hindistandan Rusiyaya idxalın həcminin aşağı olması fonunda Rusiya neftinin Hindistana böyük satışından yaranır. Rusiya şirkətləri valyuta məhdudiyyətlərinə görə rupiyləri dəyişdirməkdə çətinlik çəkirlər.

Bloomberg mənbələrə istinadən qeyd edir ki, Moskva hesablarda rupilərin yığılmağa davam edəcəyini gözləyir, çünki problemin mümkün həlli ilə bağlı tərəflər arasında danışıqlar dalana dirənib. Agentliyin hesablamalarına görə, hər rüb hesablarda Rusiyanın istifadə edə bilməyəcəyi 2-3 milyard dollar rupi olacaq.

Tərəflər problemin həlli üçün müxtəlif variantları, o cümlədən Rusiya şirkətlərinin Hindistan kapital bazarına daxil olma imkanlarını müzakirə edirlər. Adının açıqlanmasını istəməyən Hindistan rəsmiləri Bloomberg-ə bildiriblər ki, Moskva əvvəlcə buna qarşı idi, lakin indi bu variantı müzakirə etməyə qayıdıb.

Başqa bir seçim, yığılmış rupilərin səhm payları müqabilində Hindistan infrastruktur layihələrinə investisiya edilməsini nəzərdə tutur.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya təcavüzündən bəri Hindistanın Rusiyadan idxalı təxminən beş dəfə artıb. Hindistan ucuz rus neftinin əsas alıcılarından birinə çevrilib. Eyni zamanda Hindistandan Rusiyaya mal ixracı 3,61 milyard dollardan 3,43 milyard dollara düşüb. Reuters yazır ki, bu boşluq səbəbindən Rusiya və Hindistan arasında əməliyyatların əksəriyyəti hələ də dollarla aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar