Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər maliyyə yardımı planı hazırlayır...

Avropa Komissiyası (AK) növbəti dörd il üçün Kiyevə maliyyə yardımı planı üzərində işləyir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times Avropa İttifaqının rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, bu plan Ukraynanın 2027-ci ilə qədər ehtiyaclarını ödəyəcək.

Plan Kiyevə onlarla milyardlarla avro məbləğində yardımı nəzərdə tutur. Nəşrin məlumatına görə, hazırda layihə üzərində iş gedir. Bununla belə, Avropa Komissiyasının bu mövzuda təklifləri iyunda hazır ola bilər.

Nəşr qeyd edir ki, yeni plan təsdiq olunarsa, vəsait Kiyevin büdcə dəstəyinə və ya Ukraynanın bərpası xərclərinə sərf oluna bilər.

Maliyyə yardımının göstərilməsi ayrılan vəsaitlərin istifadəsinə düzgün nəzarətdən və Ukraynada islahatların aparılmasından asılı olacaq.

Qeyd edək ki, may ayının sonunda Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımının dördüncü tranşını göndərib. Bu tranşın məbləği 1,5 milyard avro təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar