Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Belarusun vahid valyutası olmayacaq – Hələlik...

Lukaşenko hələlik vahid valyutanın dövriyyəyə buraxılmaması ilə bağlı Putinlə razılığa gəldiyini bildirib...

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə işgüzar görüş keçirib.

Poliqon Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, onlar vahid valyutanın yaradılmasını, həmçinin maliyyə bazarlarına nəzarət sahəsində məlumat mübadiləsinə dair sazişi müzakirə ediblər.

“Söhbət vahid valyutanın yaradılmasından və sairdən gələndə dövlət başçıları səviyyəsində sizin sədrimizdən tez-tez sitat gətirirəm ki, bu asan proses deyil. Və yəqin ki, Rusiya prezidenti ilə razılaşdığımız kimi, bu gün deyil”, deyə görüş əsnasında Lukaşenko bildirib. Eyni zamanda Belarus prezidenti vurğulayıb ki, hazırda Rusiya Mərkəzi Bankı və Belarus Milli Bankının Banklararası Valyuta Şurası fəaliyyətini davam etdirir.

Lukaşenko qeyd edib ki, Rusiya və Belarusun maliyyə bazarlarına nəzarət sahəsində məlumat mübadiləsinə dair saziş layihəsinə Mərkəzi Bankların Banklararası Valyuta Şurasının iclası zamanı baxılacaq. İclasda Belarus Milli Bankının İdarə Heyətinin sədri Pavel Kallaur və Rusiya Federasiyası Bankının sədri Elvira Nabiullina iştirak edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar