Polşa iyunun 1-dən Rusiya və Belarus yük maşınları üçün sərhədi bağlı elan edib...
Poliqon xəbər verir ki, bu barədə Polşanın PAP Agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki, müvafiq əmri mayın 29-da Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski imzalayıb.
Nəticədə, iyunun 1-dən Polşa Belarus və Rusiyada qeydiyyatda olan yük maşınları, yük traktorlarını, qoşqular və yarımqoşquların Belarus ərazisindən Polşaya keçməsinə icazə verməyəcək.
Xəbərdə qeyd edilir ki, bu qadağa Belarusdakı polyak azlığının fəalı, Belarusdakı Polyaklar İttifaqının həmsədri Anjey Poçobutun həbsinə cavab olaraq 365 belarus məmuruna qarşı sanksiyalardan sonra qoyulub.
Poliqon.info