Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın investisiya reytinqləri kateqoriyasına keçmək potensialı var

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, eləcə də xarici və daxili balanslarının yaxşılaşması ölkənin reytinqlərini qısamüddətli perspektivdə investisiya səviyyəsinə yüksəldilməsini şərtləndirir.

“Report” xəbər verir ki, bunu RusiyaQazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda keçirilən rəsmi görüşlərin yekunlarına dair danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkənin Avrasiyanın nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirməyə kömək edəcək: “Eyni zamanda, nəqliyyat sektorunun və əlaqəli infrastrukturun inkişafı ilə bağlı ÜDM-də nəqliyyat və tikintinin payı artacaq. Hesablamalarımıza görə, bu sahələrin Azərbaycanın ÜDM-dəki payı 2024-cü ildə 27 %-ə qədər arta və 5 illik perspektivdə 30 %-i keçə bilər. Bu qiymətləndirməyə Qarabağda həyata keçirilən yeni layihələrin təsiri də daxildir”.

G.Xaydarşina hesab edir ki, Azərbaycanın ÜDM-də qeyri-neft-qaz komponentinin artımı bundan sonra da Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələrlə dəstəklənəcək.

"Regiona turistlərin cəlb edilməsi planları iqtisadiyyatın qeyri-neft-qaz sektorunun genişlənməsinə də töhfə verəcək. Bundan əlavə, karantin məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də turist axını və qonşu ölkələrdən müəssisələrin köçürülməsi sayəsində biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik. Bu baxımdan, daxili tələbatın genişlənməsinin iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcəyini gözləyirik. Təxminlərimizə görə, Azərbaycanın ÜDM-də daxili ticarətin payı 2023-cü ildə 18 %-ə, 2024-cü ildə isə 19 %-ə yüksələcək”, - bankın baş iqtisadçısı bildirib.

Qeyd edək ki, Azərbaycan aşağıdakı suveren reytinqlərə malikdir: "S&P" beynəlxalq reytinq agentliyinin - "sabit" proqnozu ilə “BB+” səviyyəsində; “Fitch”in - "müsbət" proqnozu ilə “BB+”və “Moody’s”in - "sabit" proqnozu ilə “BA1” səviyyəsində.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar