Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Rusiya bundan sonra da Azərbaycan-Ermənistan nizamlanmasına hər cür kömək göstərməyə hazırdır

Rusiya tərəfi bundan sonra da Azərbaycan-Ermənistan nizamlanmasına hər cür kömək göstərməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Bu gün Azərbaycanla Ermənistan arasında sülhün mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq nazir müavini qeyd edib ki, “sülh müqaviləsinin əldə olunması daha çox normallaşmanın bütün yollarının gedişindən asılıdır”.

"Bizim köməyimiz məhz buna yönəlib, o cümlədən həm Bakıya, həm də İrəvanı qane edən mübahisəli məsələlər üzrə balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanın yaxşılaşmasına, bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına kömək etdi. Biz bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərməyə davam edəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmalarının əldə olunmasına imkan yaradacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Qaluzin xatırladıb ki, mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov AzərbaycanErmənistandan olan həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıb. Bu tədbirlər çərçivəsində Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə ayrıca görüş də keçirilib. “Belə müzakirələr üçün platformamızı təqdim etmək Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə olunmasında Rusiyanın köməyinin elementlərindən biridir. Biz bu işi Rusiya liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq həyata keçiririk. Bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edir", deyə o əlavə edib.

Rusiya XİN başçısının müavini qeyd edib ki, AzərbaycanErmənistan arasında münasibətlərin normallaşdırılması işinə sülh müqaviləsi ilə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai təmasların inkişafı vasitəsilə etimadın möhkəmləndirilməsi kimi istiqamətlər daxildir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar