Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qəbul edilən yeni qərara aydınlıq gətirib

Son günlərdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair aprelində 19-da qəbul etdiyi qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub.

Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib.

“Bununla bağlı ilk növbədə qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməsi ilə bağlı olub”, - məlumatda qeyd edilib.

Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi qərarda göstərib ki, “İpoteka haqqında” qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
Qərarda o da qeyd olunub ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini) də qəbul etmiş olurlar.

Sonda Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq belə nəticəyə gəlib ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Yəni öhdəlik pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün hesab edilib.

Nəzərə alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Müraciətdə şərh edilməsi xahiş olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla ümumiyyətlə hüquqi kateqoriya kimi öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə bağlıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar