Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Avrasiya İqtisadi İttifaqının iclasında iştirakı nəyə hesablanıb?

Azərbaycanın bu addımı məhz nəzərdə tutulan üçtərəfli görüşlə bağlıydı?..

Politoloq: “Prezident İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının iclasında ilk dəfə müşahidəçi qismində iştirak etməsi əslində bir sıra ciddi məqamlardan xəbər verir”.

“Avrasiya geosiyasətinin formalaşmasında Azərbaycanın rolunun artması ittifaqa üzv olan dövlətləri də maraqlandırır”.

Bu sözləri politoloq Xəyal Bəşirov prezident İlham Əliyev dünən ilk dəfə Avrasiya İqtisadi İttifaqının iclasında müşahidəçi qismində iştirak etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən ilk dəfə Avrasiya İqtisadi İttifaqının iclasında müşahidəçi qismində iştirak etdi. Azərbaycanın bu addımı məhz nəzərdə tutulan üçtərəfli görüşlə bağlıydı, yoxsa Azərbaycan bundan sonra da Aİİ-də müşahidəçi qismində iştirak edə bilər? Ümumiyyətlə, hazırkı dönəmdə Aİİ-nin Azərbaycan üçün hansı müsbət və mənfi effektləri ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edib, etməməsi proseslərin gedişindən asılı olacaq”.

Əslində, Avrasiya siyasətinin formalaşması ilə bağlı gerçəklikliklərə bu gün bir şahidlik etdiyimizi vurğulayan politoloq Poliqin-a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Mərkəzi Asiya, Çin və digər dövlətlərdə baş verən proseslər bunu deməyə əsas verir:

Prezident İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının iclasında ilk dəfə müşahidəçi qismində iştirak etməsi əslində bir sıra ciddi məqamlardan xəbər verir. İlk öncə qeyd edim ki, məhz elə Rusiya dövlətinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan görüşündə iştirak etmək üçün Moskvaya gedən prezident İlham Əliyevin ilk öncə bu tədbirə qatılmasının əsas səbəbi üçtərəfli görüşlə bağlı idi.

Digər məqam isə, biz bilirik ki, bu gün Azərbaycan Rusiya-Ukrayna müharibəsi və İranın dünyanı qarışdırması fonunda Avropa, Asiya ölkələrinə Orta Dəhliz kimi çox təhlükəsiz dəniz təklif edir. Düşünürəm ki, bu səbəbə görə Azərbaycan ADA universitetinin təşkilatçılığı ilə bu istiqamətdə 4 beynəlxalq konfrans keçirdi. Ən son beynəlxalq konfrans da Şuşa şəhərində keçirildi. Bu beynəlxalq konfransın adı da Avrasiya geosiyasətinin formalaşdırılması, keçmişdən bu günə və gələcəyə adlanırdı.

Əslində, Avrasiya siyasətinin formalaşması ilə bağlı gerçəkliklərə bu gün bir şahidik. Bu gün Rusiya-Ukrayna müharibəsi, Mərkəzi Asiya, Çin və digər dövlətlərdə baş verən proseslər bunu deməyə əsas verir. Düşünürəm ki, bu gün Avrasiya İttifaqına üzv olan dövlətlərin, Ermənistan istisna olmaqla, hamısının Azərbaycanla çox ciddi əlaqələri var. Bu əlaqələrin heç də diplomatik sahəni deyiı, eyni zamanda iqtisadi sahələri də ədalət edir.

Xəyal Bəşirov: “Azərbaycanın iştirakı olmadan bu dəhlizin reallaşması və ümumilikdə, Avrasiya geosiyasətinin bu istiqamətdə formalaşması mümkün olmayacaq”.

Avrasiya geosiyasətinin formalaşmasında Azərbaycanın rolunun artması ittifaqa üzv olan dövlətləri də maraqlandırır. Məhz həmin dövlətlər bu gün Avropa ilə Asiyanı birləşdirəcək yeganə dəhlizi olan, Cənubi Qafqazın ən aparıcı qüvvəsi, söz və güc sahibi olan Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətindədirlər. Təbii ki, müşahidəçi qismində iştirak da prosesə ciddi təkan verir.

Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edib, etməməsi proseslərin gedişindən asılı olacaq. Hər bir halda orada müşahidəçi qismində iştirak edib, etməməyimizdən asılı olmayaraq bu günə qədər onsuz da Azərbaycanın həmin ölkələrlə çox ciddi sıx əlaqələri var idi.

Onu da qeyd edim ki, baş verən proseslərdə Azərbaycanın rolunu və yerini danmaq mümkün deyil. Azərbaycan kilid rolunu oynayır. Təbii ki, Azərbaycanın iştirakı olmadan bu dəhlizin reallaşması və ümumilikdə, Avrasiya geosiyasətinin bu istiqamətdə formalaşması mümkün olmayacaq. Məhz bu səbəbdən hesab edirəm ki, bu bizim üçün önəmlidir. Gələcəkdə müşahidəçi qismində iştirak edib, etməməyimizdən asılı olmayaraq biz bu prosesdə müsbət addımlarımızı atmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar