Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uğursuz Moskva görüşü... - Buna görə yaxın günlərdə Qarabağda təxribatla üzləşə bilərik?

Moskva görüşünün uğursuzluğu Rusiyanın Qarabağda aktivləşməsinə gətirib çıxara bilərmi?..

Millət vəkili: “Moskva görüşü çərçivəsində Azərbaycan prezidentinin fəaliyyəti ona gətirib çıxardı ki, Rusiya prezidenti də Brüsseldə əldə edilmiş razılaşmaları təkrarladı. Yəni, Rusiya prezidenti də Brüsseldə əldə edilmiş razılaşmaları təkrarladı və təsdiqlədi”.

“Dünənki görüçdə Rusiya-Ermənistan münasibətlərində kifayət qədər gərginliyin olması da nəzərdən qaçmadı”.

Bu sözləri millət vəkili Elman Nəsirov Moskva görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü oldu. Amma görünən odur ki, bu görüşdə heç bir nəticə əldə olunmadı.

Moskva görüşünün uğursuzluğu Rusiyanın Qarabağda aktivləşməsinə gətirib çıxara bilərmi? Yəni, Qarabağda yaxın günlərdə təxribatla üzləşə bilərik?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Moskva görüşündə fikir mübadiləsi oldu. Amma konkret sənəd imzalanmadı”.

Müxtəlif paytaxtlarda danışıqlar getsə də, Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayan millət vəkili Poliqon-a bildirib ki, Qarabağ Azərbaycandır. Bunu da Ermənistan birmənalı qəbul etməli və sülh müqaviləsinə imza atmalıdır:

“Əvvəla onu qeyd edim ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində faktiki olaraq üç paytaxtda danışıqlar gedir. Söhbət Brüsseldən, Vaşinqtondan və Moskvadan gedir. Hər üç paytaxtda yüksək səviyyədə danışıqlar aparılır. Moskva görüşü də bu baxımdan istisna təşkil etmir.

Vəziyyəti qəlizləşdirən odur ki, bu üç paytaxtdan ikisi, yəni, Vaşinqton və Brüssel bir tərəfdən, digər tərəfdən də Rusiya ilə münasibətlər düşmənçilik səviyyəsindədir. Düşmənçilik səviyyədə olan münasibətlər fonunda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı cəhdlər edirlər. Bunun özü də müəyyən mənada görüşlərin uğursuzluğunu şərtlərindən amillərdən biridir.

İstənilən halda, istənilən platformada Azərbaycan prezidenti konstruktiv mövqe daşıyıcısıdır. Prezident İlham Əliyev regionda uzun müddətli və dayanıqlı sülhün olması üçün konkret addımlar atılmasının tərəfdarıdır. Buna görə də Ermənistanla kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması bizim əsas hədəfimizdir. Bu istiqamətdə də Azərbaycan qarşı tərəfin adekvat addımlar atmasını istəyir.

Elman Nəsirov: “Moskvada sayca beşinci bəyanatın imzalanması gözlənilirdi”.

Moskva görüşü çərçivəsində Azərbaycan prezidentinin fəaliyyəti ona gətirib çıxardı ki, Rusiya prezidenti də Brüsseldə əldə edilmiş razılaşmaları təkrarladı. Yəni, Rusiya prezidenti də Brüsseldə əldə edilmiş razılaşmaları təkrarladı və təsdiqlədi. Putin dedi ki, onlar üçün əsas məsələ tərəflərin biri-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır və artıq ərazi bütövlüyünün miqyası ilə bağlı Ermənistan baş nazirinin fikirləri bəllidir. Paşinyan Azərbaycanın 86.6 min kv km ərazisini tanıdığını bildirib. Yəni, Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıdığını bildirib. Bu da çox müsbət irəliləyişdir. Moskva görüşündə də Rusiya prezidenti təxminən bu ruhda mövqe ortaya qoydu.

Ancaq Ermənistanın baş naziri yenə də öz köhnə ampluasında və yenə də qeyri-konstruktiv mövqe sərgilədi. Xüsusilə, Paşinyan dəhliz mövzusunda uğursuz ponimikaya girməsi və Azərbaycan prezidentinin təkzibedilməz faktları qarşısında onun tərkisilahı hər kəsin gözü qarşısında baş verirdi. Həqiqət bizim tərəfimizdədir, Ermənistan isə öz siyasi cığallıq ilə məşğuldur.

Onu da qeyd edim ki, Rusiya-Ermənistan münasibətlərində kifayət qədər gərginliyin olması da nəzərdən qaçmadı. Görüş öncəsi Paşinyan bildirmişdi ki, ölkəsi KTMT-dən çıxmaq və yaxud da oradakı fəaliyyətlərini dondurmaq istəyirlər. Eyni zamanda Ermənistanın müdafiə naziri KTMT-nin müdafiə nazirləri şurasının toplantısında iştirak etmədi. Ermənistan bunu texniki səbəblərlə əsaslandırsa da, həqiqət odur ki, əsil səbəb siyasi mahiyyət kəsb edir.

Elman Nəsirov: “Putin dedi ki, onlar üçün əsas məsələ tərəflərin biri-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır və artıq ərazi bütövlüyünün miqyası ilə bağlı Ermənistan baş nazirinin fikirləri bəllidir”.

Moskva görüşündə fikir mübadiləsi oldu. Amma konkret sənəd imzalanmadı. Qeyd edim ki, Moskvada sayca beşinci bəyanatın imzalanması gözlənilirdi. İstənilən halda Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var. Azərbaycan prezidenti də Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə çıxış etdi. Bu da Azərbaycana olan böyük inam və etibarın bir təzahürüdür.

Həm də Azərbaycan qurumun üzvü olmamasına rəğmən qurumun üzvləri ilə çox sıx əlaqələrə malikdir. Bu gün Avrasiya İqtisadi Şurasına daxil olan ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi 5 milyard dollar civarında ölçülür. Bunun özü də bir göstəricidir.

Müxtəlif paytaxtlarda danışıqlar getsə də, Azərbaycanın mövqeyi dəyişməzdir. Qarabağ Azərbaycandır. Bunu da Ermənistan birmənalı qəbul etməli və sülh müqaviləsinə imza atmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar