Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Harri ABŞ-dan deportasiya oluna bilər...

Böyük Britaniya kralı III Çarlzın oğlu şahzadə Harrinin keçmişdə narkotik istifadəsinə görə ABŞ-dan deportasiya olunması istisna olunmur...

Şahzadə Harri xatirələrində keçmişdə travmanın öhdəsindən gəlmək üçün narkotik vasitələrdən istifadə etdiyini etiraf edib. Lakin onun 2020-ci ildə Kaliforniyaya köçməzdən əvvəl ABŞ vizası üçün müraciətində bu faktı göstərib-göstərmədiyi bəlli deyil. Əgər immiqrasiya blankında yalan yazarsa, o, ABŞ-dan deportasiya edilə bilər.

Poliqon xəbər verir ki, bu barədə Scottish Daily Express nəşri yazıb.

“Heritage Foundation” vəkil şirkətindən olan amerikalı hüquqşünas Samuel Dyui bunla bağlı bildirib ki, şahzadə Harrinin immiqrasiya qanunlarını pozduğuna görə ABŞ-dan deportasiya oluna bilməsi riski böyükdür.

“Adətən belə olur ki, immiqrasiya blankında yalan danışdığınız üzə çıxarsa, deportasiya olunacaqsınız”, deyə hüquqşünas bildirib.

2023-cü ilin yanvarında nəşr olunan xatirə kitabında şahzadə Harri marixuana, halüsinogen göbələk və kokaindən istifadə etdiyini etiraf edib. Qəzet yazır ki, nəzəri cəhətdən deportasiya ilə yanaşı, keçmiş narkotik istifadəsi ilə bağlı məlumatı gizlətdən şəxs ABŞ vətəndaşlığı üçün müraciət etmək qadağası ilə də üzləşir.

Qeyd edək ki, şahzadə Harri xatirələrində hələ yeniyetmə ikən kokain qəbul etdiyini yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar