Bazar ertəsi, 05 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin nümayəndəsi: "Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir"

Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq...

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: "Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün 200 dəfə ölümlə hədələnən prezident kimdir?

Saatlıdakı qətlin təfərrüatları məlum oldu 

“Məni boşasa da, sizi gəlib almayacaq” - Ülviyyə

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

İrəvan “Zəngilan dəhlizi”nə Rusiyanın nəzarət etməsini istəmir...

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

Bankomatlardan pulu nağdlaşdırma faizlərinin standart edilməsi təklif olunur - Yenilənib

Mirzoyan: Azərbaycan Prezidenti buna etiraz etmədi...

Azərbaycanda həbsdə saxlanılan erməni diversantların etirafları - Video

Ən çox oxunanalar