Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiya Prezidenti Azərbaycan liderini təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

Poliqon.info xəbər verir ki, mətndə deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın
20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur.

Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik. Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi.

Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və ölkənizin bütün vətəndaşlarını Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bu il qeyd etdiyiniz 100 illik yubileyi münasibətilə təbrik edirəm. Biz Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırlayırıq. 2022-ci ilin dekabrında yenidən ziyarət etdiyim möhtəşəm Heydər Əliyev Mərkəzi məni çox təsirləndirdi. İcazə verin, bir daha xatırladım ki, Heydər Əliyevin abidəsi Belqradın ən gözəl parklarından biri olan Taşmaydan parkında da ucaldılıb.

Fürsətdən istifadə edərək, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə ölkənizin verdiyi prinsipial dəstəyə və bu yaxınlarda Kosovonun Avropa Şurasına qəbulu üçün prosedurların başlanılması haqqında qərarın əleyhinə verdiyiniz səslə beynəlxalq hüquqa bir daha göstərmiş olduğunuz bağlılığınıza görə dərin təşəkkürümü bildirmək istərdim. Serbiya bunu qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan səmimi, daimi dostluğun təcəssümü kimi dəyərləndirdiyi üçün bu addımı heç vaxt unutmayacaq. Əmin olun ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar