Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Yerəvan arasında sülh sazişi olmadan nəqliyyat dəhlizlərinin açılması nə qədər doğru addımdır?..

Sülh sazişi olmadan nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqları baxımından nə qədər doğrudur və Ermənistan bundan nə qədər yararlana bilər?..

Siyasi-şərhçi: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, əvvəl sülh sazişi, ya da paralel olaraq kommunikasiyaların açılması baş versin”.

“Nəqliyyat dəhlizi ilə bağlı prosesin Rusiya tərəfindən daha tez imzalanmasına çalışılması gözləniləndir. Çünki Rusiya çalışır ki, onun Ermənistan ərazisində əlavə funksiyası olan prosesi tezləşdirsin”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Moskva görüşündən gözləntiləri Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Moskvada Azərbaycan, ErmənistanRusiya rəhbərlərinin görüşü gözlənilir. Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşlə bağlı bildirib ki, Moskvada nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məsələlər öz həllini tapa bilər.

Sülh sazişindən kənarda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı sənədin imzalanması Ermənistanın mövqeyini gücləndirə və Azərbaycanın mövqeyini zəiflədə bilərmi? Ümumiyyətlə, sülh sazişi olmadan nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqları baxımından nə qədər doğrudur və Ermənistan bundan nə qədər yararlana bilər?

Sülh sazişindən kənarda nəqliyyat dəhlizlərinin açılmasını məsələsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Sülh müqaviləsinin əsas müddəaları ilə bağlı, yəni ərazi bütövlüyü ilə bağlı məsələlər demək olar həll olunub”.

Lavrovun keçən həftə nəqliyyat dəhlizlərinin aşılması ilə bağlı bu həftə hökumətlərarası komissiyanın olacağını bəyan etdiyini vurğulayan ekspert əlavə edib ki, artıq dördüncü gündür, bu gün liderlər görüşür, amma hökumətlərarası komissiyanın iclasından xəbər yoxdur:

“Nəzər almaq lazımdır ki, 10 noyabr 2020-ci ildən sonra Rusiya nəqliyyat kommunikasiya xətlərinin açılmasında çox maraqlı idi. Çünki Rusiyanın orada tərəf kimi birbaşa yeri, rolu və funksiyası var. Proseslər də bu istiqamətdə getməli idi. Lakin Ermənistanda olan daxili böhran və 2021-ci ildə Rusiyanın təşəbbüskar olmaması, Azərbaycanın əvvəl təklif etdiyi sülh müqaviləsi, daha sonra paralel şəkildə bu məsələlərə baxılmasını arxa plana atdı.

Qeyd edim ki, sülh müqaviləsinin əsas müddəaları ilə bağlı, yəni ərazi bütövlüyü ilə bağlı məsələlər demək olar həll olunub. Artıq Paşinyan da bu haqda öz fikirlərini bildirib. Bəli, Ermənistanın baş naziri şərt irəli sürdü ki, Qarabağ erməniləri ilə Bakı arasında dialoq beynəlxalq iştirakla keçsin. Lakin ümumi və prinsip olaraq Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

Fərhad Məmmədov: “Əlbəttə ki, belə bir təhlükə var ki, nəqliyyat dəhlizləri fəaliyyətə başlayandan sonra İrəvan sülh müqaviləsinin imzalanmasını imkan daxilində yubatsın. Bu istər Ermənistanın, istərsə də Rusiyanın maraqları çərçivəsindədi”.

Belə olan halda, nəqliyyatla bağlı prosesin Rusiya tərəfindən daha tez imzalanması gözləniləndir. Çünki Rusiya çalışır ki, onun Ermənistan ərazisində əlavə funksiyası olan prosesi tezləşdirsin. Lakin düşünürəm ki, Azərbaycan tərəfi bu proseslərlə paralel olaraq digər məsələləri də müzakirə edir, ya da əvvəl sülh sazişi, sonra nəqliyyatla bağlı qərarın həyata keçirilməsini deyir.

Lavrov keçən həftə bəyan etmişdir ki, nəqliyyatla bağlı bu həftə hökumətlərarası komissiya olacaq. Amma artıq dördüncü gündür, liderlər görüşür, hökumətlərarası komissiyanın iclasından xəbər yoxdur. Bir daha qeyd edim, Azərbaycanın da mövqeyi ondan ibarətdir ki, əvvəl sülh sazişi, ya da paralel olaraq kommunikasiyaların açılması baş versin.

Əlbəttə ki, belə bir təhlükə var ki, nəqliyyat dəhlizləri fəaliyyətə başlayandan sonra İrəvan sülh müqaviləsinin imzalanmasını imkan daxilində yubatsın. Bu istər Ermənistanın, istərsə də Rusiyanın maraqları çərçivəsindədir. Lakin bu vəziyyət Azərbaycanın maraqlarını bir o qədər də təmin etmir. Azərbaycan üçün öncəlik sülh müqaviləsinin imzalanması və davamlı sülhün təminat altına alınmasıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar