Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqu: ABŞ Əfqanıstana yaraqlılar göndərir, onlar qonşu ölkələrə girəcəklər...

ABŞ Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrin köməyi ilə bütün Mərkəzi Asiya regionunda sabitliyi pozmağa hazırlaşır...

Poliqon xəbər verir ki, bunu mayın 25-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Rusiyanın müdafiə naziri qeyd edib ki, NATO ölkəni tərk etdikdən sonra onun dirçəlməsinə kömək etmək əvəzinə, bütün gücü ilə bu ərazidə hərbi mövcudluğunu bərpa etməyə çalışır.

Şoyqunun sözlərinə görə, Əfqanıstanda Taliban hərəkatı hakimiyyətə gəldikdən sonra qeyri-qanuni silahlı birləşmələr xeyli güclənib. Birləşmiş Ştatlar onlardan istifadə etmək niyyətindədir və Vaşinqton bu yaraqlıların Yaxın Şərqdən Əfqanıstana köçürülməsini təşkil ediblər. Şoyqu hesab edir ki, gələcəkdə onlar qonşu dövlətlərə nüfuz edə, o cümlədən terror aktları törədə bilərlər.

“Biz bunu Mərkəzi Asiya regionunda sabitliyə və bütövlükdə KTMT məkanına qarşı birbaşa təhlükə kimi qiymətləndiririk”, deyə Rusiyanın müdafiə naziri bildirib. O, Əfqanıstan istiqamətində KTMT dövlətlərinin səylərin əlaqələndirilməsinin, təlimlərə diqqət yetirilməsinin vacibliyini də qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar