Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Britaniyanın AIS sisteminə müdaxilə etdi, dəniz təhlükəsizliyini riskə atdı - Foto

Rusiya Qara dənizdə 65 kilometrlik Z simvolunun təsvirini yaratmaq üçün kommersiya gəmilərinin Avtomatik İdentifikasiya Sisteminin (AIS) məlumatlarına uzaqdan müdaxilə edib...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən məlumat yayıb.

Rusiyanın bu addımını "Geollect"in 2023-cü il mayın 14-də apardığı təhlillər sübut edir.

"AIS gəmiləri izləmək, o cümlədən onların təhlükəsizliyini təmin etmək üçün istifadə olunur. Şəkildəki izlər gəminin 102 düyünə (188 km/saat) qədər sürətini göstərir ki, bu da onların saxtalaşdırıldığına işarədir", deyə bildirilir.

"AIS məlumatlarının saxtalaşdırılması dənizdə qəza riskini artırır. Rusiyanın Qara dənizdə virtual informasiya əməliyyatlarına baxmayaraq, donanması ilə vəziyyət həssas olaraq qalır: 2023-cü il mayın 24-də kəşfiyyat məlumatlarını toplayan "İvan Hurs" gəmisi hücuma məruz qalıb", deyə Britaniya kəşfiyyatı qeyd edib.

Qeyd edək ki, mayın 24-də "Posi" Telegram kanalı Türkiyə sahilləri yaxınlığında dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələrin Rusiyanın “İvan Hurs” kəşfiyyat gəmisinə hücum etdiyini bildirib.

Bundan sonra Krım körpüsünün bağlandığını elan edilib. Həmin gün Rusiya “Admiral Makarov” freqatını təcili olaraq Qara dənizə çıxarıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar