Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa qanunsuz səfər edən türkiyəli jurnalistdən ölkəmizə qarşı növbəti böhtan 

Nagehan Alçı Türkiyədə xarici paytaxtlardan qidalanan, Corc Sorosun fondlarından maliyyə dəstəyi alan jurnalist kimi məşhurluq qazanıb...

Türkiyəli jurnalist, 2009-cu ildə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən və bununla əlaqədar Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Nagehan Alçı Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən Sinan Oğanı ittiham edib.

O öz “Twitter” hesabında yazdığı statusda Sinan Oğanın etnik kimliyini mübahisələndirib.

Jurnalist bununla da kifayətlənməyərək Azərbaycan Prezidentinin ünvanına həqiqətə uyğun olmayan fikirlər yazıb.

Qeyd edək ki, Nagehan Alçı Türkiyədə xarici paytaxtlardan qidalanan, Corc Sorosun fondlarından maliyyə dəstəyi alan jurnalist kimi məşhurluq qazanıb. Nagehan Alçı Beynəlxalq Böhran Qrupunun əməkdaşı olub. O, vaxtı ilə erməni separatizmini dəstəkləmək məqsədi ilə Qarabağa səfər etmişdi. Nagehan Alçı Azərbaycanın “qara siyahısı”nda olan yeganə Türkiyə vətəndaşı olub. Nagehan Alçı bununla da kifayətlənməyərək Türkiyə mətbuatında Azərbaycanı lağa qoymağa cəhd göstərib. Bu şəxs sırf Türkiyə vətəndaşı olduğuna görə adı “qara siyahı”dan çıxarılıb.

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan özünün “Twitter” hesabında Nagehan Alçının böhtanlarına cavab verib:

“Nagehan xanım, siz də hamı kimi mənim keçmişimlə bağlı qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı keçməyib!”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar