Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun Gürcüstandan gözləntiləri var...

NATO Gürcüstanın Rusiya Federasiyasının Ukraynaya qarşı müharibə aparmaq imkanlarını məhdudlaşdıran beynəlxalq sanksiyalara əməl etməsini gözləyir...

Poliqon xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO-ya daxil olmayan ölkələrin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, deyə Alyans rəhbəri bildirib.

Onun sözlərinə görə, NATO uzun illər Gürcüstanın tərəfdaşıdır. Alyans ölkədə islahatların aparılmasını dəstəkləyir və onunla siyasi və praktiki səviyyədə əməkdaşlıq edir. Eyni zamanda, Stoltenberq hesab edir ki, Gürcüstan Rusiyanın zərərli təsiri ilə demokratik dünyanın arasında qalan ölkələr arasında ən həssasıdır:

“Gürcüstanın hamımızın inandığımız demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiya Federasiyasına qarşı sanksiyalara əməl etmələrini gözləyirik”, deyə Stoltenberq qeyd edib.

O, əmindir ki, Rusiya öz nüfuzunu artırmağa və düşmənçilik hərəkətləri ilə keçmiş Varşava Müqaviləsi ölkələrinə və qonşu dövlətlərə nəzarət etməyə çalışır.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar