Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin Əliyevə məktubunda İran faktoruna toxunması nədən xəbər verir? - Şərh

ABŞ prezidenti Azərbaycan Respublikası prezidentinə yolladığı məktubda İran faktoruna toxunub...

Politoloq: “Bayden İran məsələsində Azərbaycanla həmrəyliyini bildirib. Bayden bildirib ki, İrana qarşı Azərbaycanın mövqeyini təlqin edirlər və İranın qeyri-hüquqi hərəkətlərinə qarşı mübarizədə Azərbaycanı dəstəkləyirlər”.

İran yenə də terrorizmi müdafiə edən ölkə kimi özünün müxtəlif terror qruplaşmaları vasitəsilə ən azından Yaxın Şərqdə, lazım gələndə ölkənin hüdudlarından xeyli kənarlarda terror havası əsdirir”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ prezidentinin Əliyevə göndərdiyi məktubda İran faktoruna toxunması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Co Baydenin Azərbaycan Respublikası prezidenti İlham Əlieyevə yolladığı məktubda İran faktoruna toxunması nədən xəbər verir? Eyni zamanda İranın bu məsələyə verdiyi reaksiyasını necə qiymətləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İran Rusiyadan sonra dünyanın başını ağrıdan ikinci dövlətdir”.

Son dövrlərdə İranın Azərbaycana qarşı etdiklərinin həm terrorla, həm də qonşu dövlətlərə basqı siyasəti ilə üst-üstə düşdüyünü vurğulayan politoloq Poliqon-a bildirib ki, Tehran Azərbaycanın İrandakı səfirliyinə terror basqını etdi, eyni zamanda ərazimizdə müxtəlif terror qruplaşmalarının maliyyələşdirirlər, onların vasitəsilə Azərbaycanda çevriliş edib dini dövlət qurmağa çalışırlar:

“Bu çox ciddi məsələdir. Hətta, deyərdim ki, qlobal xarakterli məsələdir. Çünki İran Rusiyadan sonra dünyanın başını ağrıdan ikinci dövlətdir. Uzun müddətdir ki, İrana qarşı sanksiyalar tətbiq edilir. Çalışılır ki, Tehranın tutduğu nüvə silahlanması yolundan onu çəkindirsinlər. Bütövlükdə İranı qonşuları ilə münasibətlərini sahmana salmağa dəvət edirlər. Amma bunun heç bir faydası olmur.

İran yenə də terrorizmi müdafiə edən ölkə kimi özünün müxtəlif terror qruplaşmaları vasitəsilə ən azından Yaxın Şərqdə, lazım gələndə ölkənin hüdudlarından xeyli kənarlarda terror havası əsdirir. İran ən azı Suriya, Livan, İraq, Yəmən ərazilərində terrorçu qruplaşmalara etdiyi yardım sayəsində həmin ölkələrdə münasibətləri nizama salmaq mümkün olmur. Tehran terrorun maliyyələşməsinə ayırdığı vəsaitlə terrorizmi demək olar ki, dünyanın bu bölgəsində ciddi surətdə bəsləyir, onların dirçəlməsinə şərait yaradır.

ABŞ uzun müddətdir ki, İran terrorizmi ilə mübarizə aparır. Dünyanın bir çox ölkələri də bu mübarizəyə dəstək verir. İsrail dövləti də İran terrorundan boğaza yığılıbdır desək, yanılmarıq. Nəticə etibarilə hələ ki, bu işin qarşısını almaq mümkün olmayıb.

Qabil Hüseynli: “Molla, fars rejimin ağzından çıxan bütün fikirlər Azərbaycana qarşı təbliğat kompaniyasına sərf edilir”.

Son dövrlərdə İranın Azərbaycana qarşı etdikləri də həm terrorla, həm də qonşu dövlətlərə basqı siyasəti ilə üst-üstə düşür. Tehran Azərbaycanın İrandakı səfirliyinə terror basqını etdi, eyni zamanda ərazimizdə müxtəlif terror qruplaşmalarının maliyyələşdirirlər, onların vasitəsilə Azərbaycanda çevriliş edib dini dövlət qurmağa çalışırlar. Üstəlik də, İran Azərbaycan haqqında nə tarixə, nə də gerçəkliyə sığmayan müxtəlif iddialar irəli sürür. Deyirlər ki, guya Azərbaycan vaxtı ilə İranın bir parçası imiş və Azərbaycanda yaşayan insanlar İran köklüdürlər. Yəni, molla, fars rejimin ağzından çıxan bütün fikirlər Azərbaycana qarşı təbliğat kompaniyasına sərf edilir.

Buna görə də Bayden İran məsələsində Azərbaycanla həmrəyliyini bildirib. Bayden bildirib ki, İrana qarşı Azərbaycanın mövqeyi təlqin edirlər və İranın qeyri-hüquqi hərəkətlərinə qarşı mübarizədə Azərbaycanı dəstəkləyirlər. Bundan əvvəl bu məsələdə ABŞ-ın dövlət katibi Entoni Blinken də Azərbaycan sərhədlərinin qorunmasının Amerikanın strateji maraqlarına uyğun olduğunu qeyd etmişdir.

Bir sözlə Bayden yaxşı başa düşür ki, İsraillə münasibətləri olan Azərbaycan son nəticədə onların strateji maraqlarına uyğun olaraq terrorçu İran dövlətinə qarşı mübarizədə mühum rol oynaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar